Netanyahunun köməkçisi həbs edildi KONKRET

18.11.2024

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

İsrailin baş naziri Benyamin Netanyahunun köməkçisi Eliezer Feldstein həbs edilib.

KONKRET.az CNN-ə istinadən xəbər verir ki, buna səbəb girovlarla bağlı bəzi sənədlərin və məxvi məlumatların  xarici mətbuata sızdırılmasıdır.  Eliezer Feldstein bu ayın əvvəlində məxfi və kəşfiyyat məlumatlarının ötürülməsində ittiham olunur. Rişon Lezion məhkəməsinin məlumatına görə, İsrail Müdafiə Qüvvələrinə məxsus  “məxfi sənəd” yoxa çıxıb.

Bu ilin aprelində İsrail Müdafiə Nazirliyi sənədin bir nüsxəsini Feldsteinə göndərib  və  sənəd sentyabrda  İsrail mediasında yayılıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью