Netanyahunun köməkçisini ömürlük həbs cəzası gözləyir KONKRET

22.11.2024

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsrailin baş naziri Benyamin Netanyahunun mətbuat üzrə köməkçisi Eli Feldsteinin həbsi ilə bağlı yeni detallar məlum olub.

KONKRET.az xəbər verir ki, keçmiş köməkçi milli təhlükəsizliyə zərər verdiyinə görə ömürlük həbs cəzasına məhkum edilə bilər. Bu barədə məlumat “The Times of Israel” qəzetində dərc edilib. Qəzet iddia edir ki, Feldstein məxfi məlumatları ötürməkdə və məxfi məlumatları ehtiva edən sənədləri qanunsuz saxlamaqda ittiham olunur. İttihamda bildirilir ki, Feldstein dörd hərbi kəşfiyyatçının köməyi ilə İDF məlumat bazasından məxfi məlumatları əldə edib və İsrail baş nazirinin ofisinə ötürüb. Eyni zamanda sənədlərdən birini də Bild nəşrinə verib.”NBC News”un məlumatına görə, sənədlər HƏMAS-la əlaqəli olub.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью