Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsrailin Baş naziri Benyamin Netanyahunun məhkəmə prosesinin müddəti qısaldılıb.
APA İsrail mətbuatına istinadən xəbər verir ki, Netanyahu hakimlərdən ölkə ətrafında baş yerən təhlükəsizlik məsələləri ilə bağlı prosesi qısaltmağı xahiş edib.
Beləcə onun korrupsiya ittihamları ilə əlaqədar olaraq dinlənməsi 3 saat qısaldılıb.
Qeyd edək ki, Benyamin Netanyahu korrupsiyada günahlandırılır və onun bu vaxta qədər bir neçə dəfə məhkəmə tərəfindən dinlənmə prosesi baş tutub.