Netanyahunun nəsə deməsinə ehtiyac yoxdur, bunu bilirik Tramp

28.07.2026

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“ABŞ İranın nüvə proqramından tam xəbərdardır”.

Redaktor.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Bibinin (İsrail Baş naziri Benyamin Netanyahu – red.) mənə bu barədə danışmasına ehtiyacım yoxdur. Bibi bunu mənə deyir, çünki o da iştirak etmək istəyir. Ən yaxşı kameralarımız ora fokuslanıb, nə baş verdiyini dəqiq bilirik. Bibinin bu barədə danışdığını eşidəndə dedim: “Niyə bunu mənə demirsən, bütün dünyaya elan edirsən?”.

Kolanq-Qaz-La dağı ərazisində nələrin baş verdiyini dəqiq bilirəm. Bu, o qədər də böyük problem deyil”, - Amerika lideri bildirib.

Xatırladaq ki, bundan əvvəl mediada bu gün Ağ Evdə Donald Trampla görüşəcək Benyamin Netanyahunun ABŞ Prezidentinə İranın nüvə proqramı və digər məsələlər dair son kəşfiyyat məlumatlarını təqdim edəcəyi barədə məlumat yayılmışdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью