Netanyahunun ofisi: HƏMAS Qəzza razılaşması ilə bağlı İsrailin bəzi şərtlərini rədd edir

16.01.2025

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Fələstinin HƏMAS hərəkatı əldə olunan razılaşmalardan imtina edərək son anda böhran yaradır ki, bu da Qəzza zolağı ilə bağlı razılaşmanın əldə olunmasına mane olur".

Bizimyol.info xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb.

“HƏMAS son dəqiqə müqavilənin şərtlərindən imtina edərək, razılaşmanın əldə olunmasına mane olan böhran yaradır”, - deyə bəyanatda qeyd edilib.

İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-ı Qəzza zolağında atəşkəs razılaşmasının bəzi şərtlərindən geri çəkməkdə və İsrail hökuməti tərəfindən təsdiqini gecikdirməkdə ittiham edib.

“Həmas son dəqiqə güzəştləri əldə etmək üçün vasitəçilər və İsraillə əldə olunan razılaşmanın bəzi hissələrindən imtina edir”, - deyə Netanyahu bildirib.

Netanyahu deyib ki, vasitəçilər HƏMAS-ın razılaşmanın bütün elementlərini qəbul etdiyi barədə İsraili məlumatlandırana qədər İsrail kabineti görüşməyəcək.

Həmas rəsmisi "Reuters" agentliyinə bildirib ki, Fələstin qrupu vasitəçilər tərəfindən elan edilən atəşkəs razılaşmasına sadiqdir.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью