Netanyahunun oğlundan tarixi etiraf

29.10.2026

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

İsraildə keçirilən parlament seçkilərinin nəticələri ətrafında müzakirələr davam edərkən, Baş nazir Binyamin Netanyahunun oğlu Yair Netanyahu sosial media hesabından geniş reaksiyaya səbəb olan sərt açıqlama verib.

“Yeni Sabah” xəbər verir ki, Yair Netanyahu İsraildəki ərəb əhalisinin və onları təmsil edən siyasi qüvvələrin mövqeyini sərt tənqid edərək, bu vəziyyəti ölkə üçün İranın nüvə təhdidi qədər ciddi varolma problemi adlandırıb.

Açıqlamada "Əsas Qanun: Knesset"in 7(a) maddəsinə istinad edən Netanyahu, terroru dəstəkləyən və İsrailin yəhudi dövləti kimi mövcudluğunu inkar edən partiyaların parlament seçkilərində iştirakının qadağan olunduğunu xatırladıb. pizza hut

O, bu partiyaların parlamentdə yer almasına görə birbaşa Ali Ədalət Məhkəməsini günahlandıraraq, məhkəmə orqanının qanunun mahiyyətini heçə endirdiyini və qanunvericiliyi pozaraq onların namizədliyinə imkan yaratdığını iddia edib.

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью