Netanyahunun ovqatı yaxşıdır: “Əla görüş oldu”

29.07.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrailin Baş naziri Benyamin Netanyahu çərşənbə axşamı Oval Ofisdə ABŞ Prezidenti Donald Trampla görüşüb. 

“Cebheinfo.az” xəbər verir ki, Netanyahu Trampla bu görüşü ən yaxşı görüşlərdən biri adlandırıb.

"Prezident Trampla əla görüş keçirdim... ABŞ Prezidenti, dostumuz Donald Trampla indiyə qədər keçirdiyim ən yaxşı görüşlərdən biri idi", - deyə Netanyahu deyib.

İsrail Baş naziri görüş zamanı iki tərəfin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq da daxil olmaqla ortaq məqsədləri müzakirə etdiyini qeyd edib. 

"Wall Street Journal" əvvəllər Trampın Ağ Evə qarşılanmasının adi haldan daha az səmimi olduğunu bildirmişdi.

Tramp və Netanyahu arasında görüş çərşənbə axşamı Ağ Evdə başa çatıb. Ağ Evin mətbuat xidməti daha sonra görüşün müsbət və məhsuldar atmosferdə keçdiyini qeyd edib.

Xəzər
“Cebheinfo.az”

 

Açar sözlər: Netanyahu Tramp

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью