Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İsraildə oktyabrın 27-də keçiriləcək seçkilər yaxınlaşdıqca siyasi partiyaların təbliğat fəaliyyətləri də güclənməyə başlayıb.
“Cebheinfo.az” xəbər verir ki, İsrail Baş naziri Binyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” Partiyasının seçki plakatında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fotosundan da istifadə olunub.
Təl-Əvivdə yerləşdirilən reklam lövhəsində Ərdoğanla yanaşı, İran lideri Müctəba Xameneyinin, “Hizbullah”ın baş katibi Naim Qasımın və Nyu-York meri Zohran Mamdaninin fotoları yer alıb.
Plakatda “Onlar Netanyahunun məğlub olmasını istəyirlər. Onların qalib gəlməsinə imkan verməyin” ifadəsi yazılıb.
Qeyd edək ki, İsraildə oktyabrın 27-də keçiriləcək seçkilər ərəfəsində siyasətçilərin Türkiyə və Prezident Ərdoğanı hədəf alan açıqlamalarının artması diqqət çəkir.
Əfsanə
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin