Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukrayna Netanyahunun Putinlə yaxın dostluğu barədə bəyanatlarını kəskin tənqid edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynanın İsraildəki səfiri Yevgeni Korniyçuk danışıb.
O, İsrailin Baş Naziri Benyamin Netanyahunun Rusiya Prezidenti Vladimir Putinlə yaxın əlaqələrinə dair fikirlərinə qarşı çıxıb.
“Baş nazirin mövqeyi məni çox təəccübləndirdi. O, Putinlə dostluq edir, halbuki İsrail özü iki il əvvəl zərər görüb. Mən 7 oktyabr 2023-cü ildən danışıram. Əlbəttə, tarixin və əxlaqın tərəfində olmaq lazımdır. Mən əminəm ki, əksər israillilər Rusiyanın HƏMAS və “Hizbullah”ı dəstəkləmək üçün çoxsaylı cəhdləri barədə xəbərdardır”, — səfir bildirib.
İsrailin Ukraynaya hərbi yardımının yetərli olub-olmaması ilə bağlı sualına Korneyçuk cavab verib:
“7 oktyabrdan sonra İsraildən çox şey gözləyə bilməzdik, amma dialoq və təcrübə, eləcə də kəşfiyyat məlumatlarının mübadiləsi — bunlar inkişaf edən mövzulardır, biz bunu qiymətləndiririk və istifadə edirik”.
Qeyd edək ki, bir müddət əvvəl Netanyahu İsrailin Rusiya ilə daimi əlaqələrinin olduğunu vurğulayıb. Knessetdə çıxışında əlavə edib ki, Prezident Putinlə müntəzəm danışır və onilliklərdir mövcud olan bu şəxsi əlaqə həyati əhəmiyyətli maraqları qorumağa kömək edir. Baş nazir həmçinin qeyd edib ki, Rusiya müharibənin başlanmasından sonra əlaqələrin gücləndiyi dörd dövlətdən biridir.
Safura Bənnayeva
Globalinfo.az