Netanyahunun rəqibi Qantz seçki yarışından çəkildi

19.10.2026

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

İsraildə müxalifətdəki Mavi və Ağ Partiyasının lideri Benni Qantz seçkilərə səkkiz gün qalmış namizədliyini geri götürüb. O, oktyabrın 27-də keçiriləcək ümumi seçkilərdə iştirak etməyəcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, bu barədə “Yedioth Ahronoth” qəzeti məlumat yayıb.

Qantz qərarını İsraildə birliyin təmin olunmasının vacibliyi ilə əsaslandırıb.

“Mən qarşıdan gələn seçkilərdə namizəd olmayacağam. Birlik uğrunda mübarizəni davam etdirəcəyəm. Bu, İsraili həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə üzləşdiyimiz bütün təhdidlərdən qoruyacaq və yeni bir fəlakətin qarşısını alacaq yeganə həll yoludur”, – deyə o bildirib.

Baş nazir Benyamin Netanyahunun əleyhinə olan düşərgədə yer alan Qantz ötən həftə partiyasının sorğularda seçki baryerini keçə bilməməsinə baxmayaraq, mübarizəni sonadək davam etdirəcəyini bildirmişdi.

Qəzetin məlumatına görə, Qantz sentyabr ayında da seçki kampaniyasının son həftəsində sorğular partiyasının seçki baryerini keçəcəyini göstərmədiyi təqdirdə yarışdan çəkilə biləcəyini açıqlamışdı.

Aytən Yaşar/Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью