Netanyahunun xanımı Trampla bir arada

02.12.2024

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

İsrailin baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu ABŞ-ın 47-ci prezidenti seçilən Donald Trampla görüşüb.

Tramp və Sara Netanyahu Floridada qolf klubunda şam yeməyində görüşüblər. Görüşlə bağlı sosial media hesabından açıqlama verən Netanyahu ABŞ və İsrail arasındakı dostluq əlaqələrini müzakirə etdiklərini bildirib.

Netanyahu qeyd edib ki, o, Qəzzadakı israilli məhbusların vəziyyətini də gündəmə gətirib və bu məhbusların azad edilməsi üçün təcili tədbirlər görülməli olduğunu Trampa çatdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью