GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp İsraillə bağlı yeni tapşırıq verib.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin “Kanal 12” televiziyası məlumat yayıb.
“Ağ Ev sahibi orduya əmr edib ki, əgər İsrail İranın nüvə obyektlərinə hücum edərsə, Təl-Əvivlə bütün hərbi əməkdaşlıq dondurulsun”, – deyə bildirilib.
Qeyd olunub ki, bu addım İsrail üçün təhlükə vəd edir və birtərəfli münaqişəyə girməsinə maneə yaradır.
Xatırladaq ki, bundan əvvəl D.Tramp İsrail Baş naziri Benyamin Netanyahuya İranla bağlı xəbərdarlıq etmişdi. O, hazırda danışıqlar prosesinin normal davam etdiyini açıqlamışdı.
Əliyar Xəlil
Globalinfo.az