Netanyahuya dedim ki... Tramp

09.10.2025

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp HƏMAS-ın oktyabrın 13-də israilli girovları azad etməyə başlayacağını açıqlayıb.

"Unikal" xəbər verir ki, Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində deyib. 

"Bu, Qəzzadan daha çoxudur. Bu, Yaxın Şərqdə sülhdür", - deyə o qeyd edib. 

ABŞ lideri Qəzza zolağının çox daha təhlükəsiz yerə çevriləcəyini və bölgənin zəngin ölkələrinin dəstəyi ilə yenidən qurulacağını açıqlayıb.

O qeyd edib ki, bu yaxınlarda İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıb: "Mən ona dedim ki, İsrail bütün dünya ilə müharibə edə bilməz".

Ağarza Elçinoğlu 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью