Netanyahuya əfv müqabilində siyasətdən getmək təklif olunub

29.10.2026

Oxumeni.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Netanyahuya əfv müqabilində siyasətdən getmək təklif olunub

İsrail Prezidenti İsxak Hersoq Baş nazir Benyamin Netanyahuya belə bir razılaşma təklif edib: Netanyahu daha iki il hökumət başında qala, bundan sonra isə siyasətdən tamamilə gedə bilər. Bunun müqabilində ona korrupsiya işləri üzrə əfv vəd olunub. Oxuməni.az xəbər verir ki, bu barədə yerli C14 telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, bu təşəbbüs mövcud mandat bölgüsü saxlanılmaqla yeni hökumətin formalaşdırılması üçün əsas ola bilər. Rotasiya zamanı Benyamin Netanyahu əvvəlcə hökumət başçısı vəzifəsini tutmaq niyyətindədir. C14-ün qeyd etdiyi kimi, bu, ona daha iki il ABŞ Prezidenti Donald Trampla əlaqələri davam etdirməyə imkan verərdi.

Oktyabrın 27-də keçirilən seçkilərin ilkin nəticələrinə görə, Benyamin Netanyahunun bloku parlamentdə 53 yer qazanır. Onun rəqibi olan müxalifət koalisiyası — “Dəyişiklik düşərgəsi” isə 48 mandat əldə edir. “Maariv” yazır ki, hökumətin formalaşdırılmasının mümkün ssenarisi prezident tərəfindən siyasi dalandan çıxış yolu kimi nəzərdən keçirilə bilər. Çünki nə hakim blok, nə də müxalifət hökuməti təkbaşına formalaşdırmaq üçün tələb olunan 61 mandatlıq çoxluğu əldə edə bilib.

Prezident administrasiyasında bu məlumat “tamamilə saxta xəbər” adlandırılıb və bildirilib ki, onlar hökumətin formalaşdırılması ilə bağlı spekulyasiyalarla məşğul olmurlar.

Benyamin Netanyahu 2022-ci ilin dekabrından baş nazir vəzifəsini tutur. Bundan əvvəl o, 1996–1999-cu və 2009–2021-ci illərdə İsrail hökumətinə rəhbərlik edib. 2019-cu ildən etibarən onun barəsində bir neçə cinayət işi üzrə araşdırma aparılır. Baş nazir dələduzluqda, etimaddan sui-istifadədə və korrupsiyada ittiham olunur. Söhbət nüfuzlu iş adamlarından onların maraqlarının irəlilədilməsi müqabilində on minlərlə dollar dəyərində bahalı hədiyyələr — siqar və şampan — almasından gedir. Netanyahu günahını qəbul etmir.

2025-ci ilin noyabrında ABŞ Prezidenti Donald Tramp İsrailin baş nazirinin əfv olunması ideyasını ilk dəfə irəli sürüb.

Almaz Həsənli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью