Netenyahu Trampı Nobel Sülh Mükafatına namizəd görür

08.07.2025

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

İsrailin baş naziri Benyamin Netanyahu jurnalistlərə açıqlamasında ABŞ prezidenti Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərdiyini bildirib və namizədliyini irəli sürən məktubun surətini ona təqdim edib.

"Cənab Prezident, mən Nobel Mükafatı Komitəsinə göndərdiyim məktubu sizə təqdim etmək istəyirəm" deyən İsrailin baş naziri mükafatı "layiq" adlandırıb. Onun sözlərinə görə, Trampın rəhbərliyi altında yəhudi dövləti “bütün Yaxın Şərqlə” sülhə nail ola bilər.

Tramp da öz növbəsində Nobel Sülh Mükafatına namizəd kimi irəli sürülməsindən xəbərsiz olduğunu bildirib. Amerika lideri İsrailin baş nazirinə "Bu fikir Sizdən gələndə çox mənalı səslənir" dedi.

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью