Netflix 105 milyon dollarlıq məhkəmə iddiası qaldırdı

31.07.2026

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

"Fortitude" müharibə trillerinin yaradıcıları "Netflix"in Los-Anceles ofisindən filmin rəqəmsal nüsxəsinin yer aldığı sərt diskin oğurlanmasından sonra şirkətə qarşı 105 milyon dollarlıq iddia qaldırıblar.

Bakıvaxtı.az "The Guardian" qəzetinə istinadən xəbər verir ki, irəli sürülən ittihamda oğurluq faktı filmin gələcək yayımını, beynəlxalq satış strategiyasını və mükafatlandırma kampaniyasını təhlükə altına saldığı iddia olunub.

Sənəddə "Netflix"in səhlənkarlığının 45 milyon dollardan çox investisiyanı təhlükəyə atdığı, filmi və onun yaradıcılarını bazara çıxarmaq imkanından məhrum etdiyi bildirilib.

"Netflix" irəli sürülən ittihamda məsuliyyət daşımadığını açıqlayıb.

Qeyd edək ki, "Fortitude" Londonda baş verən və İkinci Dünya Müharibəsi dövründə Britaniya kəşfiyyat əməliyyatlarına yönəlmiş casus trilleridir.

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью