Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Amerikanın “Netflix” şirkəti 2025-ci ildə abunəçilərinin sayını 325 milyona çatdıraraq, yeni rekorda imza atıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat şirkətin 2025-ci il hesabatında öz əksini tapıb.
Hesabata görə, şirkətin keçən ilin 4-cü rübü üçün gəlirlərində də artım qeydə alınıb.
Şirkət səhm başına 0,56 dollar qazanc əldə edib ki, bu da 0,55 dollarlıq proqnozu üstələyib.
Şirkətin gəlirləri illik müqayisədə 17,6 faiz artaraq, 12,05 milyard dollar təşkil edib.
Həmçinin, şirkətin xalis mənfəəti 2,42 milyard dollara çatıb ki, bu da əvvəlki illə müqayisədə təxminən 29 faiz çoxdur.
“Netflix” 2026-cı il üçün gəlirlərin 50,70-51,70 milyard dollar arasında olacağını proqnozlaşdırır.