“Netflix” astronavtların kosmosa çıxışlarını canlı yayımlayacaq

01.07.2025

Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

“Netflix” yayım platforması ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) ilə rəsmi tərəfdaşlıq elan edib.

Bu barədə platforma “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat yayıb.

Tərəfdaşlıq çərçivəsində “Netflix” raket buraxılışlarını, astronavtların kosmosa çıxışlarını, eləcə də Beynəlxalq Kosmik Stansiyadakı (BKS) gündəlik missiya fəaliyyətlərini və Yer kürəsinin görüntülərini canlı yayımlayacaq.

Canlı yayımların bu yaydan etibarən başlaması planlaşdırılır və layihə kosmosa marağı olan tamaşaçılar üçün unikal təcrübə və vizual materiallar təqdim etməyi hədəfləyir.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью