Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Netflix” bu dəfə reklam modeli və istifadəçi məlumatları səbəbindən məhkəmədədir. Florida Baş Prokurorluğunun açdığı iddiada platformanın məkan məlumatlarından, axtarış tarixçəsindən və platformadaxili qarşılıqlı əlaqələrdən hədəfli reklam məqsədilə istifadə etdiyi, bəzi məlumatların isə üçüncü tərəflərlə paylaşılmış ola biləcəyi bildirilir.
Demokrat.az xəbər verir ki, “Netflix”in reklam modeli və istifadəçi məlumatlarını necə emal etməsi bu dəfə məhkəmənin gündəminə gəlib. Florida baş prokuroru Ceyms Uthmayyerin açdığı məhkəmə işində platformanın uşaqların da daxil olduğu ailələrdən topladığı məlumatlardan hədəfli reklam üçün istifadə etdiyi və istehlakçılara əvvəllər verdiyi bəzi vədləri pozduğu iddia olunur.
Florida 7-ci Dairə Məhkəməsinə təqdim edilən 66 səhifəlik iddia ərizəsində “Netflix”in istifadəçi profillərindən əldə edilən ətraflı məlumatları reklam məqsədilə qiymətləndirdiyi bildirilir. Baş Prokurorluq həmçinin bu məlumatların istifadəçilərin razılığı olmadan üçüncü tərəflərlə paylaşılmış ola biləcəyini iddia edir.
İddianın əsaslarından biri “Netflix”in keçmişdə abunəlik sistemi ilə bağlı verdiyi açıqlamalardır. Şirkətin təsisçisi və keçmiş rəhbəri Rid Hastinqs də daxil olmaqla bəzi rəhbərlərin abunəlik haqqı müqabilində reklamsız və istifadəçilərin izlənilmədiyi xidmət təqdim edilməsi ilə bağlı açıqlamaları məhkəmə işinə daxil edilib.
Baş prokuror Ceyms Uthmayyerin sözlərinə görə, platforma istifadəçilərin yalnız hansı məzmunlara baxdığını deyil, daha geniş qarşılıqlı əlaqə məlumatlarını da qeydə alır. İddialara əsasən, məkan məlumatları, axtarış tarixçəsi, məzmunun dayandırılması və ya geri çəkilməsi kimi platformadaxili hərəkətlər də toplanır.
Uthmayyer xüsusilə uşaqların istifadə etdiyi profillərdən əldə edilən məlumatların kommersiyalaşdırıldığı iddiasını önə çəkib. Baş Prokurorluq “Netflix”in ailələrə məlumatların istifadəsi ilə bağlı yanıltıcı məlumatlar verdiyini və zaman keçdikcə genişmiqyaslı reklam sistemi qurduğunu iddia edir.
“Netflix” isə məhkəmə işindəki ittihamları qəbul etmir. Şirkət məxfilik qanunvericiliyinə əməl etdiyini və uşaq profillərində davranış əsaslı reklam tətbiq edilmədiyini bildirib.
Şirkət həmçinin Florida Baş Prokurorluğunun açdığı məhkəmə işinin hüquqi əsasdan məhrum olduğu qənaətindədir. “Netflix” iddialara qarşı məhkəmədə müdafiə olunacağını və hüquqlarını qoruyacağını açıqlayıb.
Florida Baş Prokurorluğu son dövrdə iri texnologiya şirkətlərinə qarşı oxşar hüquqi təşəbbüsləri ilə də gündəmə gəlir. Ştat daha əvvəl “TikTok” və “OpenAI” kimi şirkətlərə qarşı da məlumatlardan istifadə və istehlakçı hüquqları ilə bağlı əsaslarla məhkəmə proseslərinə başlayıb.
Jalə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Demokrat.az xəbər verir ki, “Netflix”in reklam modeli və istifadəçi məlumatlarını necə emal etməsi bu dəfə məhkəmənin gündəminə gəlib. Florida baş prokuroru Ceyms Uthmayyerin açdığı məhkəmə işində platformanın uşaqların da daxil olduğu ailələrdən topladığı məlumatlardan hədəfli reklam üçün istifadə etdiyi və istehlakçılara əvvəllər verdiyi bəzi vədləri pozduğu iddia olunur.