Netflix in mənfəəti 44% artıb

21.10.2026

Icma.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.

Müəllif:Mehin Qasımova,Banco.az

"Netflix" 2026-cı ilin üçüncü rübündə həm gəlirini, həm də xalis mənfəətini əhəmiyyətli dərəcədə artırıb.

Banco.az xəbər verir ki, şirkətin gəliri ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 12% artaraq 12,9 milyard dollara çatıb.

2025-ci ilin üçüncü rübündə bu göstərici 11,5 milyard dollar təşkil edib.

Şirkət gəlir artımını əsasən abunəçilərin sayının və abunə qiymətlərinin yüksəlməsi ilə əlaqələndirib.

Reklam gəlirlərinin artması və valyuta məzənnələrindəki dəyişikliklər də müsbət təsir göstərib.

Netflix-in xalis mənfəəti isə illik müqayisədə təxminən 44% artaraq 3,66 milyard dollara yüksəlib. Ötən ilin eyni dövründə şirkət 2,54 milyard dollar xalis mənfəət əldə etmişdi.

Şirkətin səhm başına mənfəəti də 59 sentdən 87 sentə yüksəlib.

"Netflix" 2026-cı ilin dördüncü rübündə gəlirinin 13,4 milyard dollara, bütün il üzrə gəlirinin isə 51,1 milyard dollara çatacağını proqnozlaşdırır.

Bununla yanaşı, şirkət 2026-cı il üzrə reklam gəliri proqnozunu təxminən 3 milyard dollardan 2,7 milyard dollara endirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью