Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Netflix" ötən il reklamdan əldə etdiyi gəliri 1.5 milyard dollara çatdırıb ki, bu da 2024-cü illə müqayisədə ikiqat artım deməkdir.
Oxu.Az xəbər verir ki, bu barədə "The Verge" nəşri məlumat yayıb.
Bildirilir ki, "Netflix"in reklam biznesindəki bu qazanc sıçrayışı, aylıq 7.99 dollar olan reklamlı tarifə abunəçilərin sayının artması fonunda baş verib.
Keçən ilin may ayına olan məlumata görə, bu tarifdən 94 milyon istifadəçi yararlanıb.
Ümumilikdə isə 2025-ci ildə Netflix 12.05 milyard dollar gəlir əldə edib, platformanın abunəçilərinin sayı isə 325 milyon nəfərə çatıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.