Netflix Meqanın verilişini bağladı | Icma.az
Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Netflix" platforması şahzadə Harrinin aktrisa xanımı Meqan Marklın “Sevgi ilə Meqan” adlı verilişinin üçüncü mövsümünün çəkilişinə icazə verməyib.
Axşam.az xəbər verir ki, bu barədə "Page Six" nəşri məlumat yayıb.
Bildirilir ki, hazırda 44 yaşlı Meqan Markl diqqətini şəxsi brendinin inkişafına yönəldəcək və kulinariya bacarıqlarını sosial şəbəkələrdə nümayiş etdirəcək.
Qeyd edək ki, “Sevgi ilə Meqan” şousunun ikinci mövsümü 2025-ci ildə yayımlanıb.
Meqan Marklın evinə məşhur qonaqların gəldiyi layihə premyera həftəsində belə "Netflix"in ən çox baxılan 10 layihəsi sırasına düşə bilməyib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu