Netflix Mixael Şumaxerin “Formula 1”də ilk çempionluq mövsümü haqqında film çəkəcək

29.01.2026

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Populyar yayım xidməti Netflix, əfsanəvi alman pilotu Mixael Şumaxerin “Formula-1”də ilk çempionluq mövsümünə həsr olunmuş yeni sənədli film çəkəcək.

İdman.Biz bur barədə “Deadline”a istinadən bildirir.

Məlumata görə, filmin adı “Schumacher’94” olacaq. Filmdə Korinna Şumaxer və Mixaelə yaxın digər insanlar iştirak edəcək. Layihənin rejissoru Kristin Freytaq olacaq. Filmin bu il nümayişi planlaşdırılır.

“1994-cü il “Formula-1” tarixində dönüş nöqtəsi olub: 25 yaşlı Mixael Şumaxer Braziliyada yarış mövsümünün ilk Qran-prisini qazanaraq misli görünməmiş bir karyeranın təməlini qoyur. “Formula-1” tarixində ən dramatik və həyəcanlı yarış mövsümlərindən biri olan 1994-cü il, Ayrton Sennanın ölümcül qəzası, eləcə də manipulyasiya və ədalətsiz sürücülük manevrləri ittihamları kimi əhəmiyyətli hadisələrlə yadda qalıb”, - məlumatda bildirilir.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью