Netflix “Narniya”ya 280 milyon dollar yatırıb: əvvəlcə kinoteatrlarda göstəriləcək

20.10.2026

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Netflix" ənənəvi yayım modelindən kənara çıxaraq böyük büdcəli fantastik filmini əvvəlcə geniş kinoteatr nümayişinə çıxarmağa hazırlaşır.

Kulis.az xəbər verir ki, Qreta Qerviqin çəkdiyi "Narniya: Sehrbazın qardaşı oğlu" filminin büdcəsi 280 milyon dollar olaraq açıqlanıb. Layihənin ilk görüntüləri təqdim edilib və ekran əsərinin 2027-ci ildə tamaşaçılarla görüşəcəyi bildirilib.

C. S. Lyuisin 1955-ci ildə nəşr olunan romanı Narniya aləminin yaranmasından bəhs edir. Hadisələr 1900-cü illərin Londonunda yaşayan iki uşağın sehrli bir üzük vasitəsilə başqa dünyaya keçməsi ilə başlayır.

Filmin 12 fevral 2027-ci ildə kinoteatrlarda, aprelin 2-də isə Netflix platformasında yayımlanması planlaşdırılır. Aslan obrazını Meril Strip səsləndirir. Layihə həm büdcəsi, həm də "Netflix"in kinoteatrlara verdiyi dəyərlə diqqət çəkir.

Tarixi Zəfərin uğurlu ekran təcəssümü: 5 il ərzində çəkilən “44” bədii filminin premyerası oldu “Sən məni öldürdün, Aydın” - Vaqif İbrahimoğlu hansı yazının vəfatından sonra dərc olunmasını istəmişdi? İspaniyalı aktyor ilə amerikalı müğənninin qalmaqalı - Təfərrüatlar
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью