Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Netflix”də kütləvi işdən çıxarmalar gözlənilir.
“Yeni Sabah” xəbər verir ki, izləyici fəallığının zəifləməsi və şirkətin səhmlərinin dəyər itirməsi belə bir addımın səbəbləri sırasında göstərilir.
“Netflix” rəhbərliyi hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib. İxtisarların dəqiq vaxtı da hələ məlum deyil. Prosesin bu həftə və ya gələn həftə başlaya biləcəyi ehtimal olunur. Şirkət işçilərinin təxminən 5%-i işini itirə bilər. İxtisarların ümumi sayı ilə bağlı fərqli ehtimallar səsləndirilir. pizza mizza
2022-ci ildəki genişmiqyaslı ixtisarlardan və bu ilin fevralında məhsul şöbəsində aparılan məhdud ixtisarlardan sonra “Netflix” belə böyük addım atmayıb. Şirkətin səhmləri ötən il ərzində 40%-dən çox dəyər itirib. Onun fəaliyyətini izləyən investorlar platformada izləyici fəallığına da xüsusi diqqət yetirirlər.
İlin ilk yarısında izləyici fəallığındakı artımın cəmi 2% olması səhmlərin dəyər itirməsinə təsir edən amillərdən biridir.