Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Netflix” rəqib yayım platformları “Peacock” və “Fox One”ı öz tətbiqinə daxil etmək üçün danışıqlar aparır.
“Bakupost” xəbər verir ki, hələ tərəflər arasında yekun razılaşma yoxdur. Mümkün variantlardan birinə görə, istifadəçilər bu platformalara “Netflix” üzərindən abunə ola, digər variantda isə onların məzmunlarına birbaşa “Netflix” tətbiqindən baxa biləcəklər.
Bu addım “Netflix”in illərdir davam etdirdiyi yalnız öz məzmunlarına əsaslanan strategiyasında dəyişiklik yarada bilər. Şirkət bununla müxtəlif yayım xidmətlərinin bir araya gəldiyi vahid platformaya çevrilə bilər.
“Netflix”in Fransada “TF1” ilə həyata keçirdiyi inteqrasiya da üçüncü tərəf məzmunlarının platformaya əlavə edilməsi baxımından sınaq xarakteri daşıyır.
Vüsalə Hüseynova,
BakuPost