“Netflix”dən yeni layihə: Tarixi döyüş filmi

13.08.2026

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Netflix" Koreya mifologiyasındakı qoblindən təsirlənən yeni tarixi-döyüş filmi "Dochabi"nin istehsalına başladığını elan edib.
Kulis.az xəbər verir ki, film dağların dərinliklərində gizlənən keçmiş əsgər Te-san və onun cürçen əsilli qadın Ahay ilə birlikdə mülki əhalini qorumaq uğrunda apardığı mübarizədən bəhs edir.
Maskanın arxasında gizlənərək kəndliləri ovlayan komandir Yi Do-qvana qarşı çıxan Te-san xalq arasında "Dochabi" adı ilə əfsanəyə çevrilir.
Ekran işində Te-san obrazını "Moving" serialı ilə tanınan Kim Do-hun, onunla çiyin-çiyinə döyüşən Ahayı Cun Con-so, hakimiyyət hərisliyi olan komandiri isə Li Cuna-qi canlandırır.
Yan obrazlarda isə Li San-i və Be İn-hyuk kimi aktyorlar yer alıb.
Qeyd edək ki, "The Night Owl" filminin rejissoru An Te-cinin idarə edəcəyi layihənin ssenarisini Hvan Sun-qu qələmə alıb.

"Bu dünya nərdivandır..." - Xalq şairi Nəriman Həsənzadə ilə son vida Azərbaycanda Milli Mətbuat Günüdür Raxmaninov melodiyası ilə insan tənhalığının vəhdəti - Məşhur "All by myself"in tarixçəsi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью