Netflixin məşhur film aktrisası narkotiklə tutuldu

28.11.2024

Icma.az bildirir, Lent az portalına istinadən.

"Netflix"in məşhur “Too Hot to Handle” serialında rol alan 27 yaşlı Olqa Bednarska narkotik qaçaqmalçılığına görə tutulub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Bednarska Tailandın Phuket şəhərindən İngiltərənin “Mançester” hava limanına endikdən sonra, içərisində narkotik maddə olan iki çamadanla gömrük işçiləri tərəfindən saxlanılıb. Bednarska məhkəmədə bildirib ki, təyyarə biletlərini ona “Tex” adlı dostu alıb. Aktrisa çamadanın içində olan narkotik maddələrdən xəbərsiz olduğunu deyib:

“İçində paltar və saat olduğunu bilirdim” deyən aktrisaya məhkəmə inanmayıb. Hakim Bednarskanın dəbdəbəli həyat tərzini davam etdirmək və borclarını ödəmək üçün bu addımı atdığını bildirib.
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью