Nəticə daha çox heçheçəyə oxşayırdı Vasili Berezutski

14.12.2024

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

"Sabah" Misli Premyer Liqasının 17-ci turunda səfərdə lider "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edib.

QOL.az sportal.az saytına istinadən xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski matçdan sonra keçirilən mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb və jurnalistlərin suallarını cavablandırıb:

- Nəticə daha çox heç-heçəyə oxşayırdı. Biz künc zərbəsindən qol vurduq. Bu, ruh yüksəkliyi üçün çox vacib qələbə idi.

- "Sabah"a gəldikdən sonra nəyi dəyişmisiniz ki, qələbələri sıralayırsınız?

- Hələ ki, biz işə yanaşmanı dəyişmişik. Məşqlərdə intensivliyi artırmışıq. Daha böyük işlərimiz qarşıdadır.

- Murad Musayev "Sabah"ı ziyarət etdi. Maraqlıdır, daha çox "Sabah"ı, yoxsa Rusiya futbolunu müzakirə etdiniz?

- Biz daha çox "Sabah"ı və "Krasnodar"ı müzakirə etdik. Məşq proseslərindən, Azərbaycanda və Rusiyada futbolçuların işə yanaşmasından danışdıq.

- Qış hazırlıq planı necədir?

- Biz Azərbaycanda qalacağıq. Yanvarın 4-də toplaşacağıq. Niderlandda işləmişəm, orada da hazırlıq dönəmi qısa vaxt olurdu. İki həftə hazırlaşacağıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью