Nəticə fərqli olmalı idi Jorj Kaşkilya

23.01.2026

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"İmişli" Misli premyer-liqasının 17-ci tur matçında "Araz-Naxçıvan"la heç-heçə etdi - 2:2.

"Football-plus.az" xəbər verir ki, Aran təmsilçisinin baş məşqçisi Jorj Kaşkilya oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Nəticəyə görə ruhdan düşmüşük. Çünki yaxşı oyun nümayiş etdirdik. Nəticə fərqli olmalı idi. Oyun çox çətin keçdi. "Araz-Naxçıvan"ın yeni baş məşqçisi olduğu üçün komanda çox motivasiyalı idi. Futbolçular özlərini yaxşı tərəfdən göstərmək istəyirdilər. Rəqib güclü komandadı, avrokuboklara vəsiqə uğrunda mübarizə aparırlar. Oyun bərabər şəraitdə keçdi. Hər iki komanda mübarizə aparırdı. 4 standart vəziyyətdən qol vuruldu. Əlavə olunmuş dəqiqələrdə qol buraxmaq üzücüdü. Biz bu gün qələbəyə daha yaxın idik.
- Bəzi klublara heyətə düşməyən futbolçuları icarəyə götürməklə bağlı müraciət etdiyiniz və mənfi cavab aldığınız deyilir. Nəyə görə belə alındı?
- Qış transfer pəncərəsində oyunçu gətirmək çox çətindi. Bu çətinliklərə görə futbolçu transfer edə bilmədik.
- Dioqo Almeydanın adı "Turan Tovuz"la hallanır. Onun mümkün gedişinə hazırsız?
- Bu sual klub rəhbərliyinə verilməlidi. Biz məşqçi olaraq əlimizdə olan futbolçularla işləməliyik. Almeyda hazırda bizim oyunçumuzdu.
- Hakimliklə bağlı fikirləriniz necədi? 2:1 hesabıyla öndə olarkən penalti gözlədiyiniz epizod var idi...
- Penaltiyə oxşayırdı. Amma epizodun təkrarı verilmədi. Ona görə də dəqiq cavab verə bilmərəm.
- Son illər Portuqaliyanın 2-ci liqasından Azərbaycana gələn futbolçular burda uğurlu olur. Siz portuqaliyalı olaraq növbəti mövsüm üçün "İmişli"yə ölkəmizdən oyunçu gətirməyi planlaşdırırsız?
- Hazırda o barədə düşünməyin yeri yoxdu. Çünki bizim əsas məqsədimiz bu mövsümün sonuna qədər nəticələr qazanmaqdı. Hər şey büdcədən asılı olacaq. Portuqaliyada maaş daha yüksəkdi. Gələcəkdə bu barədə düşünəcəyik.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью