futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Sabah”ın U-13 komandasının iştirak etdiyi, Türkiyənin Antalya şəhərində keçirilən “Junior World Cup” beynəlxalq futbol turnirinə yekun vurulub.
U-13 turniri 36 komanda arasında 9-cu sırada bitirib. U-13-ün baş məşqçisi Nasir Nasirli “Futbolpress.az“a açıqlamasında turnirlə bağlı fiki
“Mançester Siti”, “Köln” kimi komandaların yarışdığı turnirdə iştirak uşaqlar üçün çox faydalı olacaq.
Turnirdə 36 komanda çıxış edir və çox yüksək səviyyədə təşkil olunub.
Uşaqlar bu turnirdə iştirak etməklə təkcə futbol baxımından yox, həmçinin başqa ölkə klublarının futbolçuları ilə ünsiyyətdə oldular ki, bu da onların dünya görüşünün artmasına da çox böyük kömək olur.
Turnirdə komandalar hərəsində 4 komanda olmaqla 9 qrupa bölünüb.
Biz “Mançester Siti”, “Konyaspor” və “Hatay” komandaları ilə bir qrupda yer almışdıq. Qrupda 2 qələbə qazandıq, 1 oyunda uduzduq.