Nəticə tək mənim günahım deyil Fernandu Santuş | Icma.az
Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
DÇ-2026-nın seçmə mərhələsinin İslandiya – Azərbaycan matçından (5:0) sonra millimizin baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçirilib.
Fanat.Az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb: “İlk hissədə komanda yaxşı müdafiə olundu.
Düzdür, top daha çox rəqibdə idi, amma ilk yarıda arxa xətdə yaxşı idik. Çalışırdıq ki, müdafiə olunaraq əks-hücumlara çıxaq.
Çətinlik yaradırdıq, standart vəziyyətlərdən istifadə etməyə çalışırdıq. İlk yarının sonlarında qol buraxdıq.
İkinci hissə başlayan kimi ikinci topu qapımızda gördük. Fasilədə oyunçularıma tapşırdım ki, sakitləşsinlər, tələsməsinlər.
2-ci qolu buraxdıqdan sonra komanda aşağı düşdü. Dəyişliklər etdim ki, futbolçular buna reaksiya versin, amma olmadı”.
– Bilmirsiz, İslandiyadan Portuqaliyaya birbaşa uçuş var? – Bilmirəm. – Karyeranızda heç istefa vermisiz? Bunun üçün nə lazımdır? – Xeyr.
Tam oxu
Xəbəri oxu