Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Direktorların işə qəbulu müsabiqəsinin nəticələri açıqlanıb.
Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyindən Modern.az-a bildirilib ki, 2026-cı ildə keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edilib. Müsabiqədə müəyyən edilmiş tələblərə cavab verən 463 nəfər uğur qazanıb.
MÜTDA-nın açıqlamasında qeyd olunub ki, namizədlərin müsabiqə nəticələri barədə məlumatlar onların şəxsi səhifələrinə göndərilib:
"Uğur qazanmış namizədləri təbrik edir, gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayırıq!".