Nəticələr nə vaxt açıqlanacaq? DİM dən CAVAB

24.08.2026

Icma.az, Modern.az saytına istinadən bildirir.

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçiminin nəticələrinin nə vaxt açıqlanacağı hələlik məlum deyil.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

“Ali təhsil müəssisələrinə yerləşdirmə prosesi başa çatdıqdan dərhal sonra nəticələr elan olunur”, - deyə DİM-dən verilən məlumatda qeyd olunub.

Qeyd edək ki, bu il ümumilikdə 87 139 abituriyent ixtisas seçimində iştirak edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью