Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Araz-Naxçıvan” Misli Premyer Liqasının XII turunda “Neftçi”yə uduzdu – 1:3. Matçdan sonra Naxçıvan təmsilçisinin futbolçusu Mamadu Kane jurnalistlərin suallarını cavablandırdı:
– Məğlubiyyəti şərh edərdiniz.
– Oyuna İstədiyimi kimi başlamadıq. “Neftçi” yaxşı komandadır. Qol buraxandan sonra geridönüş etmək çətin olur. Oynamağa, hesabı bərabərləşdirməyə çalışdıq. Real qol şanslarımızı dəyərləndirə bilmədik. Ümumilikdə maraqlı qarşılaşma oldu. Qarşıda “Sabah” və “Qarabağ”la oyunlarımız var, onlara hazırlaşacağıq.
– Komandanın belə uğursuz çıxış etməsi nə ilə bağlıdır?
– Futboldur, belə hallar olur. Yaxşı nəticələr əldə etmək istəyirik, cəhd edirik, ancaq alınmır. Bu durumdan çıxmağa çalışacağıq.
– Vaxtilə “Neftçi”də forma geyinmisiniz. Demək olar ki, bu klubda adınızdan söz etdirmisiniz. İndi onlara qarşı oynamaq necə hissdir?
– Yaxşı hisslərdir. Peşəkar futbolçuyam və hər oyunda motivasiyam var.
– “Neftçi” sizin çıxış etdiyiniz dönəmdə daha güclü idi, yoxsa indi?
– Müqayisə etməyi sevmirəm. Onlar əvvəl də, indi də güclüdürlər.
– Öz oyununuzu necə dəyərləndirirsiniz?
– Nəticələr pisdirsə, oyunuma yaxşı deyə bilmərəm. Məşqlərdə və matçlarda çox çalışıram. Uğursuz zolaqdan çıxmalıyıq. İndiki məqamda bizim üçün yaxşı oyun yox, nəticə daha vacibdir.
Şahin Cəfərov