“Nəticələr sürpriz deyil” Elvin Yunuszadə

25.08.2025

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Karvan-Yevlax” Azərbaycan Premyer Liqasının II turunda “Kəpəz”i məğlub edib – 3:2.

Yevlax təmsilçisinin futbolçusu Elvin Yunuszadə “Futbolpress.az“a açıqlamasında oyunu şərh etdi:

“Çətin olacağını bilirdik. Buna hazırlaşmışdıq. Təzə qurulmuş komandayıq və 2 oyuna 4 xal pis nəticə deyil. Buna baxmayaraq, hələ çalışmalıyıq. Qələbəni unudub, növbəti matçlara hazırlaşmalıyıq”.

Debütant 2 tura 4 xal toplayıb. Təcrübəli müdafiəçi nəticələrin sürpriz olmadığını bildirdi. O, “Kəpəz”lə görüşdə ikinci hissədə əvəzlənməyinə də toxundu:

“Nəticələrimiz sürpriz deyil. Çünki hər iki komandanın bizə uyğun rəqib olduğunu bilirdik.

Əzələmdə yüngül narahatlıq hiss etdim. 3-4 ay bu problemə görə yaşıl meydanlardan uzaq qalmışdım. Oyunda da ağrılar hiss etdim və riskə getmədik. Əvəzlənməyim bununla bağlı idi”.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью