“Nəticələrdə bir nəfərin yox, bütün kollektivin əməyi var”

27.11.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

“Şahdağ Qusar” I Liqada dövrəni birinci sırada bitirdi. Komanda 9 turdan sonra 22 xalla liderdir və ən yaxın izləyicisi “Gəncəbasar”ı 3 xal qabaqlayır.

Komandanın baş məşqçisi Füzuli Məmmədov dövrə ilə bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:

– Dövrəni lider kimi başa vurmağınızı necə dəyərləndirirsiniz?
– Dövrəni birinci sırada bitirdik, amma hələ qarşıda uzun vaxt var. Çempionatın 35 faizini bitirmişik. Daha çox çalışmalı, əziyyət çəkməliyik.

– Komandanın inamlı çıxışının sirri nədir?
– Futbolçulara, məşqçilər heyətinə minnətdaram. Klubun rəhbəri Samir Xeyirbəyova təşəkkür edirəm, daim yanımızdadır. Nəticələrdə bir nəfərin yox, bütün kollektivin əməyi var.

– 9 turda 22 xal toplamısınız. Geridə qalan periodda sizi məyus edən məqam nə oldu?
– Nəticələrimiz qane edir. Yalnız “Xankəndi”yə məğlub olduq və bu, bizi məyus etdi. Bu matçdan sonra səhvlərdən dərs çıxardıq və qələbələr qazandıq.

– Dövrədə hansısa oyunu xüsusi fərqləndirə bilərsiniz?
– Hər matç çətin keçdi. Hansısa oyun asan olmadı, bütün qarşılaşmalara ciddi yanaşdıq. Futboldur, hər nəticə mümkündür. Qarşıda 18 oyunumuz var və hər matçda hədəfimiz qələbə olacaq.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью