Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
İtaliya millisinin sabiq müdafiəçisi Alessandro Nestanın yeni iş yeri bəlli olub.
QOL.az xəbər verir ki, 50 yaşlı mütəxəssis "Avellino"nun baş məşqçisi təyin olunub. İtaliya B seriyası təmsilçisinin yaydığı rəsmi məlumata görə, tərəflər arasında imzalanan müqavilə 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Nestanın məşqçilər korpusunda Lorenzo Rubinacci, Massimo Lo Monako, Vinçenzo Varrika, Luka Morellini, Raffaele Klemente və Federiko Soldano yer alacaqlar. Netsa daha əvvəl də B seriyasında "Peruca", "Frosinone" və "Reggiana" komandalarını çalışdırıb. Onun son iş yeri isə "Monza" olub.
Qeyd edək ki, İtaliya futbolunun canlı əfsanəsi yığma ilə 2006-cı ildə dünya çempionu olub.
"Avellino” 2025/2026 mövsümündə İtaliya B Seriyasını 8-ci pillədə başa vurub.