NETTY2026 ərizə qəbulu elan edir

02.11.2026

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Noyabrın 2-də Azərbaycanın 21-ci Milli İnternet Mükafatı NETTY2026 üzrə ərizə qəbuluna start verilir. Veb-saytlar, tətbiqlər və sosial media layihələri noyabrın 23-dək www.netty.az saytında müsabiqəyə təqdim oluna bilər.

BAKU.WS xəbər verir ki, NETTY rəqəmsal layihələrin arxasında duran ideyaları və komandaları tanıtmaq, faydalı təşəbbüslərə diqqət çəkmək və Azərbaycanın rəqəmsal inkişafına töhfə verən işləri qiymətləndirmək üçün keçirilir. Müsabiqə həm tanınmış platformaları, həm də yeni layihələri iştiraka dəvət edir.

2004-cü ildə təsis edilmiş NETTY Azərbaycanın rəqəmsal mühitinin inkişafına töhfə verən layihələri və informasiya texnologiyaları sahəsində nailiyyətləri müəyyənləşdirir və mükafatlandırır. 2026-cı ildə müsabiqə 21-ci dəfə keçirilir.

Müsabiqəyə Azərbaycanla bağlı iştirak qaydalarına uyğun rəqəmsal layihələr qəbul olunur. Təşkilatlar, komandalar və müstəqil müəlliflər öz layihələri ilə müraciət edə bilərlər. Hər layihə əsas təyinatına uyğun bir nominasiya üzrə qeydiyyatdan keçirilir. Veb-saytlar, tətbiqlər və sosial media layihələri ayrı-ayrılıqda qiymətləndirilir.

NETTY2026-da iştirakçılar üçün qeydiyyat ödənişsizdir. Qeydiyyat haqqı müsabiqənin tərəfdaşı MSolution | Chewick tərəfindən qarşılanır.

Yeddi əsas nominasiya:

- Elektron dövlət və rəqəmsallaşdırma;

- Rəqəmsal iqtisadiyyat, biznes və fintex;

- Texnoloji innovasiyalar və süni intellekt;

- Elm, təhsil və rəqəmsal savadlılıq;

- Media, mədəniyyət və rəqəmsal kontent;

- Səhiyyə, idman, həyat tərzi və turizm;

- Cəmiyyət, inklüzivlik və dayanıqlı inkişaf.

Seçim və qiymətləndirmə:

Ərizələrin qəbulu 2-23 noyabr 2026-cı il tarixlərində aparılır. Noyabrın 24-dən dekabrın 4-dək Ekspert Şurasının və internet istifadəçilərinin səsverməsi keçirilir. Ekspert Şurası əsas nominasiyaların hər kateqoriyası üzrə üç nominantı, internet istifadəçiləri isə ayrıca "Virtual münsiflər heyətinin seçimi" nominasiyası üzrə üç nominantı müəyyənləşdirirlər.

Dekabrın 5-dən 15-dək NETTY Akademiyası nominantlar arasından qalibləri seçir. Layihələr üç əsas meyar üzrə qiymətləndirilir: ideya, məzmun və icra.

Qaliblərin rəsmi elan edilməsi və mükafatlandırma mərasimi 16-18 dekabr tarixləri üçün nəzərdə tutulub. Nominantlar diplomlarla, qaliblər isə NETTY mükafatı ilə təltif olunurlar.

NETTY2026 tərəfdaşları:

Rəsmi tərəfdaşlar: AZINTELECOM, Bolt for Business;

Tərəfdaşlar: MSolution | Chewick, Ultra, SmartHost, Savalan, Renley, Online.az.

İnformasiya tərəfdaşları: Report İnformasiya Agentliyi, InfoCity, Technote.az, "Kaspi" qəzeti, Oxu.az, Baku.ws, Baku.TV, Media.az, Azərbaycan Fotoqrafları Birliyi, AutoLife.az, Sapunov Online, Banks.az.

İştirak üçün ərizə və ətraflı məlumat: https://www.netty.az/az/registration

Əməkdaşlıq və əlavə suallar: info@netty.az

Qalereya

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью