Netu final üçün səbirsizlənir

12.07.2025

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Çelsi”nin futbolçusu Pedru Netu Klublararası Dünya Çempionatının finalında PSJ-yə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, klubun saytına danışan cinah oyunçusu bunları deyib:

“Oyuna tam hazırıq. Bütün diqqətimiz özümüzdədir və finalda nə olacağını görəcəyik. Ümid edirəm ki, qələbə qazanan tərəf biz olarıq. Bu, bir arzunun gerçəkləşməsi olardı. Finalı səbirsizliklə gözləyirəm”.

PSJ – “Çelsi” oyunu iyulun 13-də baş tutacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью