Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, tədbirdə ölkənin dövlət və özəl sektorlarını təmsil edən CMO-lar, marketinq direktorları, PR rəhbərləri və kommunikasiya sahəsində qərarverici şəxslər iştirak ediblər. Təqdimat və interaktiv müzakirə formatında təşkil olunan görüşün əsas məqsədi - media, reputasiya və marketinq sahələrində qərarvermə proseslərinin transformasiyası, eləcə də təqdim olunan Obsera platforması üzərindən təqdim olunacaq yeni məhsullar, modullar və inkişaf yol xəritəsinin təqdimatı olub.

“Müasir media və sosial mühitdə məlumatların sadəcə monitorinqi emal üçün artıq kifayət etmir. Analitika, sentiment təhlili və risklərin erkən aşkarlanması müasir marketinq və PR strategiyalarının əsas komponentlərinə çevrilib. Biz, Neurotime komandası olaraq vahid media və marketinq intellekti yanaşmasının biznes və reputasiya idarəçiliyinə verdiyi üstünlükləri Obsera platforması üzərindən təqdim edirik, belə ki bu platforma həm də strateji baxış və operativ qərarvermə üçün vahid intellektual mühit təqdim edir”, - deyə Neurotime şirkətinin rəhbəri Vüqar Cavadov.
Görüş çərçivəsində Obsera platformasında planlaşdırılan yeni analitika modulları, qərarverici şəxslər üçün nəzərdə tutulmuş “dashboard” həlləri, eləcə də marketinq və PR komandaları üçün praktiki istifadə ssenariləri nümayiş etdirilib. Tədbir eyni zamanda C-level auditoriya üçün açıq dialoq və fikir mübadiləsi mühiti yaradıb.
Neurotime haqqında
Neurotime süni intellekt əsaslı media, data və analitika həlləri təqdim edən texnologiya şirkətidir. Şirkət dövlət və özəl sektor üçün media monitorinqi, sosial analitika və qərarvermə proseslərini dəstəkləyən innovativ platformalar hazırlayır.