Nevada səhrasında 315 nəfərin yandırılmış qalıqları aşkarlanıb

02.11.2025

Icma.az bildirir, Ayna saytına əsaslanaraq.

Kütləvi insan qalıqları Serçlayt şəhəri yaxınlığında tapılıb

ABŞ-nin Nevada səhrasında 315 nəfərin yandırılmış meyitlərinin külləri aşkar edilib.

AYNA.AZ xarici mediaya istinadən bildirir ki, kütləvi insan qalıqları Serçlayt şəhəri yaxınlığında tapılıb.

Küllərin yanında heç bir nişanə və ya sənəd tapılmayıb, bu da ölənlərin şəxsiyyətinin müəyyən edilməsini demək olar ki, mümkünsüz edib. Ərazidə kül torbalarını bağlamaq üçün istifadə edilən məftil qırıntıları və qab parçaları da aşkarlanıb.

Ekspertiza küllərin həqiqətən insanlara məxsus olduğunu təsdiqləyib. Faktla bağlı istintaq aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью