Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır. Ölkənin ən böyük enerji obyektlərindən biri burada tikilir Azərbaycanda tikilən 2 qi
Bu məqsədlə ölkənin ən böyük yarımstansiyalarından biri sayılan 500/330 kilovoltluq yeni “Nəvai” yarımstansiyası inşa edilir.
“AzərEnerji” tərəfindən inşa olunan yarımstansiyadan ölkənin müxtəlif istiqamətlərinə yüksəkgərginlikli ötürmə xətləri çəkilir.
“Nəvai” yarımstansiyası, eləcə də yeni çəkilən 500 və 330 kilovoltluq yüksək gərginlikli xətlər ötürücü sistemdə yeni mərhələnin başlamasıdır.
“AzərEnerji” Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, qeyd olunan layihə iki mərhələdə həyata keçirilir.
Birinci mərhələdə “AzərEnerji”nin daxili imkanları və bir hissəsi dövlət büdcəsi hesabına ayrılan vəsaitlə yeni yarımstansiyanın və onun 330 kilovoltluq tərəfinin, o cümlədən Nəvaidən Abşerona 500 kilovotluq, “Biləsuvar” və “Bankə” günəş elektrik stansiyalarına 330 kilovoltluq ötürmə xətlərinin tikintisi aparılır.
İcra qrafikinə əsasən, 2024-cü ilin sentyabr ayından başlanılan işlərin əsas hissəsi görülüb.
Bu mərhələ üzrə işlərin isə cari ilin sonuna qədər başa çatdırılması planlaşdırılır.