Nəvə nənə və babasından oğurluq etdi SAXLANILDI

09.09.2026

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Çində yaşlı cütlük evlərindən 3 min ABŞ dolları və qızıl bilərzik oğurlayan nəvələrini polisə şikayət edib.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Sincan-Uyğur Muxtar Rayonunda baş verib.

Çen soyadlı qadın babası yatarkən evdən pul və qızıl bilərzik götürüb. Daha sonra bilərziyi sataraq əldə etdiyi vəsaiti də tamamilə xərcləyib.

Məhkəmə prosesində Çen oğurluqla bağlı işin cinayət hesab edilməməli olduğunu bildirib. O, pulun nənə və babasına məxsus olduğunu əsas gətirərək onların onu bağışlayacağını və polisə şikayət etməyəcəyini düşünürdü.

“Mənim nənəmlə babamın puludur. Onlar məni bağışlayacaq və məsuliyyətə cəlb olunmağımı istəməyəcəklər. Bu, ailə məsələsidir”, – deyə Çen bildirib.

Lakin yaşlı cütlük nəvələrini bağışlamayıb. Onların sözlərinə görə, Çen daha əvvəl də evdən qiymətli əşyalar götürüb və hər dəfə vəziyyət daha da ciddiləşib. Nənə və babası nəvəsinin davranışını dəyişəcəyinə ümid edərək polisə müraciət etmək qərarına gəlib.

Məhkəmə Çeni oğurluqda təqsirli bilib və 6 ay müddətinə azadlıqdan məhrum edib.

NURİYYƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью