Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 9 iyul, AZƏRTAC
“Nəvə” sənədli filminin çəkilişləri cari ilin sentyabrında başlayacaq və təxminən on üç ay davam edəcək.
AZƏRTAC xəbər verir ki, filmin iki versiyada – böyük ekran üçün 72 dəqiqəlik, teleekran üçün isə 52 dəqiqəlik versiyanın hazırlanması planlaşdırılır.
“Navis” MMC tərəfindən istehsal edilən ekran işinin rejissoru və ssenari müəllifi Afaq Yusifli, prodüserləri isə Nicat Dadaşov və Murad Allahverdidir. Kamera arxasında həm müəllif, həm də Oktay Namazov yer alıb. Ekran işinin musiqi tərtibatı bəstəkar Nigar Süleymana həvalə olunub.
“Nəvə” ailə içində yaşanan duyğuların sadə, amma dərin təfərrüatlarını sənədli kinonun imkanları ilə reallaşdıracaq.