Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Niderlandlı alimlər nəvələri ilə çox vaxt keçirən insanların digərlərinə nisbətən daha gec yaşlandıqlarını bəyan ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə "USA Today" nəşri məlumat yayıb.
Araşdırma zamanı alimlər nəvələrinin qayğısına qalan şəxslərin yaddaş və nitq səlisliyi üzrə aparılan testlərdə daha yüksək nəticələr göstərdiklərini müəyyən ediblər.
"Bizi ən çox təəccübləndirən məqam nənə və babaların nəvələrinin böyüdülməsində fəal iştirakının idrak funksiyalarına ən güclü təsir göstərməsidir", - deyə tədqiqatçılardan biri bildirib.
Tədqiqatçılar həmçinin qeyd ediblər ki, ən azı bir nəvəsi olan insanlar nəvəsi olmayanlara nisbətən özlərini daha az tənha hiss edirlər.
Psixoloqun sözlərinə görə, nəvə ilə və ya hətta dayəlik edilən bir uşaqla vaxt keçirmək tənhalıq hissinin azalmasına kömək edir. Çünki bu zaman insan hələ də həyatında bir məqsədinin olduğunu hiss edir.
O əlavə edib ki, uşaqlarla ünsiyyət yaşlı insanların sosial aktivliyini qoruyub saxlamasında da mühüm rol oynayır.