Icma.az, Apasport portalına istinadən məlumat yayır.
Portuqaliya millisinin futbolçusu Joao Neveş dünya çempionatları tarixinə düşüb.
Apasport.az xəbər verir ki, yarımmüdafiəçi DÇ-2026-nın qrup mərhələsində DR Konqoya qarşı oyunda fərqlənərək Portuqaliya yığmasının mundial tarixində qol vuran ən gənc 3-cü futbolçusu olub.
Neveş bu göstəriciyə 21 yaş 263 günlüyündə imza atıb.
Qeyd edək ki, Portuqaliya millisində dünya çempionatlarında qol vuran ən gənc futbolçu Kriştiano Ronaldodur.
O, 2006-cı ildə 21 yaş 132 günlüyündə fərqlənib.
İkinci pillədə isə DÇ-2022-də 21 yaş 169 günlüyündə qol vuran Qonsalo Ramuş qərarlaşıb.
"Qarabağ"ın rəqibində ciddi itki "Araz-Naxçıvan"ın futbolçularından xüsusi uğur “Araz-Naxçıvan”: 22 komanda arasında 14-cü Azərbaycan klublarından yeni rekord - STATİSTİKA Tarixdə bu gün: Braziliya 3-cü dəfə dünya çempionu olub