Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.
Əməkdar artist Könül Kərimovanın nəvəsi Dəniz bu il birinci sinfə gedir.
Axşam.az xəbər verir ki, Dənizin məktəbə ilk addımını atması münasibətilə onun fotosessiyası edilib. Şəkilləri Könül Kərimovanın qızı Ləman sosial şəbəkə hesabında paylaşıb.
Ləman qızının ilk məktəb günü ilə bağlı duyğularını bölüşüb:
“Mənim balaca işığım, dünyama gəldiyin gün hələ də dünən kimidir. Bu gün isə sən əlinə ilk qələmini alıb böyük bir həyata addım atırsan. Bu ilk dərs günün mübarək olsun.
Məktəbli forması sənə nə qədər yaraşırsa, bilik və müdriklik də ruhuna elə yaraşsın. Hər zaman özünə inan, çünki sən düşündüyündən də güclü və ağıllısan. Yolun açıq, bəxtin gözəl olsun, gözəl qızım. Diləyirəm ki, öyrənəcəyin hər hərf sənə həyatı, sevgini və insanlığı daha gözəl tanıtsın”.
Qeyd edək ki, Könül Kərimovanın Rəşad adlı oğlu da var.