Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım

18.03.2025

Icma.az bildirir, News24 portalına istinadən.

Nəfəsi Rəfiqə mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı paylaşım edib.

News24.az axşam.az-a istinadən xəbər verir ki, o, babasının ad günü olduğunu bildirib.

“Əziz babam, Əməkdar artist, mərhum müğənni Cavanşir Məmmədovun doğum günüdür. Keçən il xoş anlar ilə yadda qalan günümüz bu il tam əksidir.Yaşasaydı 71 yaşını qeyd edəcəkdik. İllər keçsə də ruhu hər zaman bizimlədir. İfaları və söylədiyi nəsihətləri onu daim yaşadacaq!

Doğmasını itirmiş hər bir kəsə Allahdan səbr diləyirəm. Paylaşımımı isə babamın əziz xatirəsinə həsr edirəm”.

Qeyd edək ki, C.Məmmədov ötən ilin aprelində qəfil ürəktutmasından dünyasını dəyişib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью