Nevill Holandın “Real Madrid”ə keçəcəyi vaxtı açıqladı

27.11.2026

Icma.az, Idman.biz saytına istinadən bildirir.

“Mançester Yunayted”in sabiq müdafiəçisi Qari Nevill “Mançester Siti”nin hücumçusu Erlinq Holandın gələcəyi ilə bağlı proqnoz verib.

İdman.Biz xəbər verir ki, ingiltərəli mütəxəssis “Stick to Football” podkastında norveçli futbolçunun “Real Madrid”ə keçəcəyinə əmin olduğunu bildirib.

“Növbəti 18 ay ərzində Holandın “Real Madrid”in futbolçusu olacağına tam əminəm. Vinisiusun komandadan ayrılacağını, Mbappenin sol cinaha keçəcəyini, Holandın isə mərkəz hücumçusu mövqeyində çıxış edəcəyini asanlıqla təsəvvür edə bilirəm.

Florentino Peresin fəaliyyətinə nəzər salsanız, onun dünyanın ən yaxşı futbolçularını transfer etdiyini görərsiniz”, - deyə Nevill qeyd edib.

Xatırladaq ki, 2022-ci ilin yayından “Mançester Siti”də çıxış edən 26 yaşlı norveçli hücumçu cari mövsümdə 16 oyunda 14 qol vurub.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью